"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

M.Kərimov: “Sənədsiz əmlaka vergi dərəcəsinin iki qat misli tətbiq olunsun”-TəKLiF

--2016-11-03 / 16:53

Azərbaycan Bələdiyyə işçiləri Həmkarlar iittifaqı təmsilçisi Məhəmməd Kərimov Belediyye.infoya açıqlamasında bildirib ki,  “Azərbaycanda Yerli Demokratiya Həftəsi”  çərçivəsində keçirilən tədbirdə respublikamızda formalaşan 1617 bələdiyyə fəal iştirak edir.

Həftə çərçivəsində keçirilən tədbirlərdə əsas məqsəd yerli demokratiya haqqında biliyin inkişaf etdirilməsi, vətəndaşların öz yerli hakimiyyətləri haqqında məlumatlarını möhkəmləndirməklə yanaşı, onların demokratik iştiraka cəlb edilməsidir.

M.Kərimovun fikrincə “Yerli demokratiya həftəsi” bələdiyyələrin fəaliyyətində demokratik prinsiplərin güclənməsinə müsbət təsir göstərir.

Onun sözlərinə görə, bələdiyyələrin tədricən daha çevik və işgüzar quruma çevrilə bilməsi üçün yerliözünüidarəetmə orqanlarının  dayanıqlı maliyyə bazaçının olması vacibdir.

Dayanıqlı maliyyə bazasının olması üçün bələdiyyələrin, müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi vacibdir.

Azərbaycan Bələdiyyə işçilərinin  Həmkarlar ittifaqı respublikanın bələdiyyələrində olan real vəziyyəti təhlil edərək öz təkliflərini mütəmadi olaraq aidiyyatı orqanlara göndərir. Verilən təkliflər əsasən bələdiyyələrin maliyyə bazasının möhkəmlənməsinə və bələdiyyələrdə çalışan işçilərin əmək və sosial hüquqlarının müdafiəsinə yönəlmişdir.

Təkliflərə gəlincə M.Kərimov bildirib ki, “Vergi Məcəlləsi”nin 198.1.1-ci maddəsində fiziki şəxslərin xüsusi mülkiyyətdə olan yaşayış və qeyri-yaşayış sahələri üçün vergi dərəcələri təsbit olunmuşdur. Qeyri-qanuni yəni özbaşına tikililər üçün Vergi Məcəlləsində vergi dərəcələri, vergi ödəmələri haqqında heç bir məlumat yoxdur.

Təklif etdik ki, yerli özünüidarəetmə orqanları hər il qeyri-qanuni tikilinin istifadəçisinin istifadə hüququnu müvəqqəti də olsa tanısın və özbaşına tikililər və zəbt olunmuş torpaqlar üçün Vergi Məcəlləsində təsbit olunan  vergi dərəcəsinin ikiqat misli  tətbiq olunsun.

Vergi borclarının məcburi alınması üçün yerli vergiləri ödəməyənlərə, vergidən yayınanlara qarşı müəyyən məsuliyyət nəzərdə tutulsun. Məsələn “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yerli vergiləri ödəməyənlərin ölkədən çıxışına müvəqqəti məhdudiyyət tətbiq edilsin.

Belediyye.info

 

ŞƏRHLƏR